Qlobal informasiya mühitinin modernləşməsi, qabaqcıl texnologiyaların media sahəsində geniş tətbiqi, ümumilikdə rəqəmsallaşma prosesləri dünya üzrə yeni və dinamik media mühitinin formalaşmasına gətirib çıxarmışdır. Yeni media mühitində müşahidə edilən tendensiyaların geniş spektrdan təhlili, media sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və təkmilləşdirilməsi, bu sahədə aparıcı trendlərin izlənilməsi, innovativ təkamülün yaradıcı sənayelər üçün yaratdığı imkanların tətbiq mexanizmlərinin araşdırılması məqsədilə 2024-cü il 20-22 iyul tarixlərində Azərbaycan Respublikasında, Şuşa şəhərində “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forum keçirilmişdir.

II Şuşa Global Media Forum rəqəmlərdə
0
Media subyektləri və beynəlxalq təşkilatlar
0
İştirakçı sayı
0
Ölkələrin sayı
Proqram
Forumun sessiyaları və spikerlər haqqında ətraflı məlumat üçün keçid edə bilərsiniz
  • Gün 1
    20.07.2024
  • Gün 2
    21.07.2024
  • Gün 3
    22.07.2024
16:30 - 19:30
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şuşa Qlobal Media Forumunda nitqi ve Forum iştirakçıları ilə görüşü
10:00 - 10:30
Rəsmi salamlama: Hikmət Hacıyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
10:30 - 11:00
Çay və qəhvə fasiləsi
11:00 - 12:00
“Texnologiya və dezinformasiya” mövzusunda paralel tədbir
11:00 - 12:00
1-ci panel müzakirəsi: Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək
12:00 - 12:10
Fasilə
12:10 - 13:10
2-ci panel müzakirəsi: Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər
13:10 - 14:30
Nahar fasiləsi
14:30 - 17:30
Şuşa şəhərində gəzinti
15:00 - 16:30
Türk Xəbər Agentlikləri Alyansının (ATNA) İcraiyyə Komitəsinin iclası
18:30 - 19:30
Ocaq ətrafı söhbət (fireside chat)
18:30 - 19:30
“Böyük Qayıdış: Qarabağ” filminin nümayişi
20:30
Rəsmi ziyafət və bədii hissə
10:00 - 11:00
3-cü panel müzakirəsi: Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi
10:15 - 11:15
Bakı Təşəbbüs Qrupunun paralel tədbiri
11:00 - 11:30
Çay və qəhvə fasiləsi
11:30 - 12:30
4-cü panel müzakirəsi: İqlim hərəkatı və media
12:30 - 13:30
“Yaşıl dünya naminə həmrəylik - COP29” mövzusunda təqdimat və sual-cavab
13:30 - 13:45
Forumun yekunlaşması
13:45 - 14:30
Nahar fasiləsi və otellərdən çıxış
16:45 - 18:30
Laçın şəhərində gəzinti (Laçın şəhəri və “Hoçazfilm” yaradılıcılıq studiyası)
18:30
Laçın şəhərindən Zəngilan Beynəlxalq Hava Limanına yola düşmə
20:00
Zəngilan Beynəlxalq Hava Limanınından Heydər Əliyev Beynəlxalq Aeroportuna yola düşmə
21:30
Bakıda otelə giriş və axşam yeməyi
"Jurnalist olaraq vəzifəmiz ondan ibarətdir ki, biz digərlərindən fərqlənək, insanlara zərər verəcək xəbər yaymayaq. Eyni zamanda, müəyyən regionlar haqqında reportaj hazırlayarkən sosial həyatı, ətraf mühiti nəzərə alaq."
Bora Bayraktar
"İqlim dəyişikliyi çox ciddi və məsuliyyətli mövzudur. Jurnalistlər bu məsələdə daha çox məlumatlı olmalıdırlar."
Holger Friedrich
"Azərbaycan COP29 vasitəsilə qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə həlledici liderlik rolunu oynaya bilər. Qərb və ya digər media tərəfindən təqdim edilən cahil və öz gündəminə uyğun xəbərlərə diqqətini yayındırmamalıdır."
Francis Martin Kane
"Onu da qeyd etmək istəyirəm ki, Azərbaycanın qazı Avropaya çatdırmaq üçün gücü var. Lakin kabelləşmə, qazın daşınması xərcləri kimi çətinliklərlə üzləşir."
John Roberts
"Biz hamını Bakıya dəvət edirik. Çünki hər bir insan iqlim dəyişikliyi ilə mübarizədə töhfə verə bilər. Bakı bu baxımdan uyğun müstəvidir."
Nigar Arpadarai
"Texnologiyanın reallığa, mediaya və dezinformasiyaya təsirinin təhlili və media sahəsində savadlı istehlakçıların yetişdirilməsinin təşviqi günümüzün prioritetlərindəndir."
Hamza Azhar Salam
"Süni intellektin köməyi ilə məlumatların istifadəsi çox vacibdir, lakin son məhsulun istehsalçıları məsuliyyət daşımalıdırlar. köməyi ilə məlumatların istifadəsi çox vacibdir, lakin son məhsulun istehsalçıları məsuliyyət daşımalıdırlar."
Gi Woong Jung
"Afrika İttifaqı olaraq biz 2024-cü ildə kontinental strategiya qəbul etmişik. Bununla biz qlobal rəqəmsal platformanın işinə töhfə vermək istəyirik. Vikipediya ilə sıx əməkdaşlıq edirik ki, nəticə etibarilə süni zəka doğru məlumatlara istinad etsin. Süni zəkadan səmərəli istifadə etmək lazımdır."
Leslie Richer
"Kompüter öz-özünə fəaliyyət göstərəndə bu, kabusa çevriləcək, çünki onun yalnız müsbət istiqamətdə istifadəsini məhdudlaşdırmaq və ya tənzimləmək çətin ki, mümkün olsun."
Paolo Liebl Von Schirach
"Sanad Agentliyi sosial şəbəkələr, xəbər saytları, şahid ifadələri və hər hansı digər məlumat mənbələri daxil olmaqla açıq mənbələrdən gələn xəbərlərin monitorinqi üzrə ixtisaslaşmışdır."
Amr Elkazaz
"Dezinformasiya niyyət və motivə görə misinformasiyadan fərqlənir. Bizim media olaraq rolumuz əslində insanları dəqiq məlumat verməklə ruhlandırmaqdır, onları məsələnin üzə çıxarılması, müzakirə edilməsi barədə məlumatlandırmaqdır."
Salah Negm
"Dezinformasiyadan daimi misinformasiyanın yayılması dövrünə keçid etmişik. Bu, xüsusən iqlim dəyişikliyi kimi uzun müddət davam edən ziddiyətli məlumatlar səbəbindən müxtəlif fikirlərin mövcud olduğu mövzularda daha ciddi məsələdir."
Thembisa Fakude
"Biz xəbər agentliyi olaraq dəqiqliyə, sürətə və obyektivliyə çox önəm verməliyik. Hansısa yanlış xəbər bizim etimadımıza zərər verməli deyil. Dezinformasiya təkcə hansısa özəl qurumlar tərəfindən yox, həmçinin dövlət tərəfindən də yayılır."
Mohamed Er-Raji
"Biz çoxsaylı məlumatların içində qalmışıq. Sosial mediada informasiya axını yüksək olduğu üçün insanlar nəyin düzgün, nəyin feyk olduğunu çətin ayırd edirlər."
Montaser Marai
"Bəzi insanlar mənə “siz niyə etnik təmizləməni, barbarlığı dəstəkləyirsiniz” kimi şərhlər yazırlar. Lakin mən bildirirdim ki, şahidi olduqlarımı, həqiqətləri insanlara çatdırıram."
Charles Veley
"Biz mütləq hadisə ərazisində olmalıyıq. Etik məsuliyyəti anlamaq, məsafəni saxlamaq lazımdır. Dezinformasiyanı həqiqətdən ayırd etmək üçün xüsusi mexanizmlər yaradılmalıdır. Buna aid qurumlar Avropada, Rusiyada və Türkiyədə yaradılıb."
Valeria Giannotta
"Bu gün çox sayda insan yığcam məlumatları telefon vasitəsilə alır. Lakin bu vəziyyətə hazır olmayan cəmiyyətdə feyk xəbərlər düzgün məlumat kimi qəbul edilir."
Mikhail Gusman
"Mən o ilk jurnalistlərdənəm ki, Qarabağ işğaldan azad olunandan sonra oraya ayaq basmışam. Buraya dördüncü dəfə gəlirəm, görülən işlərin sürətlə getdiyinin şahidi oluram."
Jaffar Hasnain
"İnformasiyaları əyləncəli təqdim etmək onların əhəmiyyətini itirmir, bu xəbərləri yaradan səbəblərin aktuallığını itirir. Xəbərlər elə hazırlanmalıdır ki, içərisində əyləncə də olsun."
Azer Khalilov
"Biz auditoriyanı mütləq nəzərə almalı, tvitter, tiktok və digər sosial şəbəkə hesablarının hər birində fəal olmalıyıq. Auditoriya nəyi necə istəyirsə, biz o istiqamətdə hərəkət etməliyik."
Matthias Lüfkens
"Gəlir əldə edə bilmək üçün agentliklərin müasir düşüncəyə malik peşəkar komandaya ehtiyacları var."
Klaus Jürgens
"Oxucular, izləyicilər qarşısında bizim əsas məqsədimiz onlara reallığı çatdırmaqdır. Hadisə yerindən dəqiq, operativ, qərəzsiz məlumatların izləyiciyə çatdırılması bizim əsas vəzifəmizdir."
Oubai Shahbandar
"Çalışmalıyıq ki qərəzsiz, obyektiv olaq. İctimaiyyətin problemləri üçün həll yolları axtarıb tapmaq istiqamətində irəliləyək."
Tinatin Berdzenishvili
"Jurnalist peşə fəaliyyətini maddiyyat qarşılığında qurmamalıdır. Çünki bu sahə bu məqsədlə ediləcək iş deyil. Məqsəd odur ki, oxuculara, izləyicilərə qərəzsiz, doğru məlumatları olduğu kimi çatdıraq."
Claudia-Victoria Nicolae
"Jurnalistlərin təhlükəsizliyi, müdafiə olunması ümumi məsələdir. Bunun üçün ilk olaraq cəmiyyətlərdə sağlam düşüncənin olması vacibdir. Əgər cəmiyyət sağlam düşüncədə olarsa, həmin vaxt jurnalistlərin təhlükəsizliyi probleminin həlli istiqamətində irəliləyişə nail olmaq mümkündür."
Prof. Gi Woong Jung
"Yeni dövr, rəqəmsallaşma, jurnalistika və jurnalistlər üçün fürsətlər yaratdığı kimi yeni təhlükələr də yaradır. Sosial media, texnologiyalar, süni intellekt bir sıra gizli təhlükələri ehtiva edir, onlardan bəziləri söz azadlığına zərbə vura bilər."
Nigar Arpadarai
"Hər hansı bir jurnalistin yadda saxlamalı olduğu başlıca məsələ dürüstlük, peşəsinə sadiqlikdir. Jurnalist məlumatları ictimaiyyətə qərəzsiz və doğru şəkildə çatdırmalıdır. Ümumiyyətlə, ictimaiyyət, konkret olaraq xəbər istehlakçıları qərəzsiz, doğru informasiyaları almaq istəyirlər. Bu, hər bir jurnalistin işini icra edərkən yadda saxlamalı olduğu vacib amildir."
Vugar Seyidov
"Xəbərləri əyləncəli təqdim etmək onun əhəmiyyətini itirir. Demək olar ki, xəbərlərdə dəqiqlik yoxa çıxır. Biz bunu daha çox sosial mediada müşahidə edirik."
Oliver McTernan
"Media sahəsində dəyişikliklər çox sürətlə gedir. Məcburuq ki, dəyişikliklərə uyğunlaşaq."
Dana Wolfe
"İyirmi il əvvəl qəzet satışı azalmışdı. Biz ümid edirdik ki, ovaxtkı gənclər yaşlanacaq və qəzetləri alacaqlar. Amma indi baxırıq ki, onlar bu gün o qəzetləri almırlar. Gənclər onlara maraqlı gəlməyən bir şey varsa, tezliklə ondan imtina edirlər. Bunun üçün onların nə istədiyini nəzərə almaq lazımdır."
Clive Marshall
"Xəbərlər və əyləncələr arasında sərhəd itib, eyniləşmə müşahidə olunur. Xəbərlərin getdikcə şou xarakteri alması, insanlara əyləncə formatında təqdimatı dezinformasiyaların da yayılmasına səbəb olur. Burada texnologiyada baş verən yeniliklərin də rolu var. Texnologiya sahəsindəki inkişaf mediada yeni çağırışlar yaradır."
Prof. Paolo von Schirach
"Mən peşəkar, klassik jurnalistikanı sosial və internet-medialardan ayırmaq istərdim. Bunlar iki fərqli fenomendir, hər birinə diqqət və hörmətlə yanaşmaq, lakin bir-biri ilə qarışdırmamaq lazımdır. Ən əsası isə dəqiq, etibarlı, saxtalaşdırılmamış və təbliğat xarakteri daşımayan məlumatların yayılmasıdır. Biz həqiqət uğrunda mübarizə aparmalıyıq."
Mikhail Gusman
"Azərbaycan nadir yerlərdən biridir ki, burada bütün dillərdə danışmaq olar. Prezident İlham Əliyev ötən gün Qoşulmama Hərəkatı barədə danışdı. Mən də elə bu Forumu “Qoşulmama Mediası” adlandıra bilərəm."
Dr. Neven Cveticanin