• Sessiya 1
  • Sessiya 2
  • Sessiya 3
  • Sessiya 4

Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək

İnformasiya yayımının və kommunikasiya vasitələrinin növlərinin sürətlə dəyişdiyi müasir dövrdə məlumatlara əlçatanlıq əhəmiyyətli dərəcədə asanlaşmışdır. Belə olan təqdirdə, bütün dünya miqyasında saxta xəbərlərin bilərəkdən və ya bilməyərəkdən geniş şəkildə yayılması, eləcə də belə məlumatların müxtəlif ictimai proseslərə mənfi təsiri son illərdə xüsusilə nəzərə çarpmaqdadır. Metodoloji cəhətdən çətin olsa da, günümüzdə dezinformasiyanın yayılma modellərini və təsir dairəsini təhlil etmək dezinformasiyaya qarşı mübarizədə effektiv yanaşmanın tətbiqi üçün zəruri hesab oluna bilər.

I Panel sessiya üzrə ən son yeniliklər nəzərə alınmaqla, dezinformasiya anlayışının təhlili, yeni media müstəvisində dezinformasiya dinamikalarının, mənbələrinin və növlərinin araşdırılması, müasir informasiya platformaları üzrə dezinformasiyanın yayılma arealının müəyyənləşdirilməsi ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulur.

Daha ətraflı
Spikerlər
Ghida Fakhry
APARICI VƏ BAŞ PRODÜSER, TRT WORLD
Jaffar Hasnain
APARICI VƏ MÜXBİR, TRT WORLD
Mikhail Gusman
PROFESSOR; BAŞ DİREKTORUN BİRİNCİ MÜAVİNİ, TASS İNFORMASİYA AGENTLİYİ
Montaser Marai
MEDİA TƏŞƏBBÜSLƏRİ MENECERİ, ƏL-CƏZİRƏ MEDİA İNSTİTUTU
Valeria Giannotta
AKADEMİK VƏ ELMİ DİREKTOR, CESPI-NİN (BEYNƏLXALQ SİYASƏT ARAŞDIRMALARI MƏRKƏZİ) TÜRKİYƏ ÜZRƏ MÜŞAHİDƏ MƏRKƏZİ
Charles Veley
TƏSİSÇİSİ, MTP (ƏN ÇOX SƏYAHƏT EDƏNLƏR) KLUBU

Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər

İnformasiyanı tənqidi qiymətləndirmək, istifadə etmək və yaratmaq bacarığı vətəndaşlara informasiya mühitində düzgün məlumat seçimləri etməyə imkan verən əsas bacarıqlardır. Bu, həm də onların müxtəlif ictimai proseslərdə müdaxilədən uzaq və məsuliyyətlə iştirakına təkan verir, nəticə etibarı ilə, dezinformasiyaya qarşı mübarizədə cəmiyyətin yanaşmasını formalaşdırır, düzgün məlumatların dövriyyəsini təmin edir. Hazırki dövrdə mediada şəffaflıq, doğrulama və etibar, açıq məlumat mənbələri kimi bir çox məsələlər dezinformasiyanın qarşısının alınması və bununla əlaqədar, aktiv strategiyaların tətbiqi üçün xüsusi əhəmiyyət kəsb edir. Həm lokal, həm də qlobal perspektivdə informasiya mühiti və məlumatlandırma mexanizmlərinə münasibətdə proaktiv siyasət və təşəbbüslərin həyata keçirilməsi bilavasitə dezinformasiyaya davamlı cəmiyyətin formalaşdırılması və informasiya təhlükəsizliyinin təmin olunmasına səbəb olur. Rəqəmsallaşma dövründə dezinformasiyanın yayılmasının qarşısının alınmasında belə təşəbbüslərin əhəmiyyətli qismi medianın maarifləndirici rolu və etik öhdəlikləri ilə bağlıdır.

II Panel sessiyada dezinformasiyaya qarşı davamlı cəmiyyətin formalaşdırılması istiqamətində strategiya və təşəbbüslər, dezinformasiya təhdidinin aradan qaldırılması məqsədilə qlobal miqyasda daha davamlı onlayn media ekosisteminin qurulması, dezinformasiyanın yayılmasının müxtəlif media platformaları və növlərindən asılılığı, medianın dezinformasiyanın qarşısının alınmasında necə daha aktiv rol oynaya biləcəyi ilə bağlı fikir mübadiləsi aparılacaqdır.

Daha ətraflı
Spikerlər
Ezzeddine Abdelmoula
PHD; TƏDQİQAT ÜZRƏ MENECER, ƏL-CƏZİRƏ ARAŞDIRMALAR MƏRKƏZİ
Mohamed Er-Raji
PHD; MEDİA TƏDQİQATLARI ŞÖBƏSİNİN MÜDİRİ, ƏL-CƏZİRƏ ARAŞDIRMALAR MƏRKƏZİ
Amr Elkazaz
RƏQƏMSAL XƏBƏRLƏRİN TOPLANMASI VƏ YOXLANILMASI ŞÖBƏSİNİN RƏHBƏRİ, ƏL-CƏZİRƏ-NİN “SANAD” AGENTLİYİ
Thembisa Fakude
BAŞ İCRAÇI DİREKTOR, “MAIL AND GUARDIAN” QƏZETİ (M&G)
Salah Negm
DİREKTOR, “AL JAZEERA ENGLISH” XƏBƏR KANALI

Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi

Texnoloji tərəqqi nəticəsində məlumatın yaradılması və ötürülməsi proseslərinin mütəmadi dəyişməsi, eləcə də məlumat ötürücülərinin sayının kəskin artması texnologiya, dezinformasiya və media savadlılığını çağdaş media mühitinin əsas anlayışları halına gətirir. Belə ki, data yaradılması və ötürülməsi sahəsində texnologiyaların geniş tətbiqi rəqəmsal media mühitini xüsusilə mürəkkəbləşdirir, dezinformasiyanın əhatə dairəsini önəmli dərəcədə genişləndirir, istifadəçilərə məlumat istehlakçısı ilə yanaşı istehsalçısı statusu qazandırır. Məhz bu kontekstdə texnologiyanın reallığa, mediaya və dezinformasiyaya təsirini təhlil etmək və media savadlı istehlakçıların yetişdirilməsini təşviq etmək günümüzün prioritetlərindən biri hesab oluna bilər.

III Panel sessiyada texnologiya və media sahələrinin nümayəndələri, elm xadimlərinin iştirakı ilə dezinformasiyanın yayılmasında və qarşısının alınmasında rol oynayan texnologiyalar, süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri, eyni zamanda media savadlılığının dezinformasiyaya qarşı mübarizədə önəmi, rəqəmsal əsrdə dezinformasiyanın yaradılması və yayılmasında süni intellektin yaratdığı imkanlara qarşı həll yolu kimi istehlakçıların media savadlılığının artırılması, bu istiqamətdə müxtəlif tərəflərin effektiv əməkdaşlıq modelləri müzakirə ediləcəkdir.

Daha ətraflı
Spikerlər
Saynur Tezel
TELEVİZİYA APARICISI, HABER GLOBAL
Hamza Azhar Salam
REDAKTOR, “PAKISTAN DAILY” QƏZETİ
Gi Woong Jung
PHD; MÜDİR MÜAVİNİ, HK PROFESSOR, HK+ MİLLİ STRATEGİYALAR ARAŞDIRMA LAYİHƏSİ AGENTLİYİ; VİTSE-PREZİDENT, KOREYA SİYASİ ELM ASSOSİASİYASI; PROFESSOR, HANKUK XARİCİ TƏDQİQATLAR UNİVERSİTETİ
Paolo Liebl Von Schirach
PREZİDENT, QLOBAL SİYASƏT İNSTİTUTU (GPI); PROFESSOR, SİYASİ ELM VƏ BEYNƏLXALQ MÜNASİBƏTLƏR, BAY ATLANTİK UNİVERSİTETİ (BAU), VAŞİNQTON
Leslie Richer
İNFORMASİYA VƏ KOMMUNİKASİYA DİREKTORU, AFRİKA İTTİFAQI KOMİSSİYASI

İqlim hərəkatı və media: “Yaşıl dünya naminə həmrəylik - COP29” mövzusunda təqdimat

Dünyada iqlim dəyişmələrinin qarşısının alınması, ekoloji sabitliyin və tarazlığın yaradılması, dayanıqlı inkişafın təşviq edilməsi və bu istiqamətdə əhəmiyyətli nəticələrin əldə olunmasında media xüsusi rol oynayır. Bu səbəbdən media və kommunikasiya vasitələrinin mövcud proseslərdə düzgün istifadə edilməsi, hədəf auditoriyaya hesablanan təsirli mesajları ötürməsi, kütləvi fərqindəlik və məsuliyyət hisslərini formalaşdırması iqlim dəyişmələrinə qarşı kollektiv qabaqlayıcı tədbirlərin görülməsi və ya belə tədbirlərin effektivliyinin artırılmasında zəruridir.

IV Panel sessiyada iqlim hərəkatında medianın rolu, yaşıl dünya naminə effektiv məlumatlandırma mexanizmlərinin hazırlanması, iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində ictimai gündəmin yaradılmasında medianın əhəmiyyəti kimi mövzularda müzakirələr aparılacaqdır.

Daha ətraflı
Spikerlər
Ansis Bogustovs
APARICI/PRODÜSER, RİQA TV24 VƏ RADİO LATVİYA
Francis Martin Kane
BAŞ REDAKTOR, “ARABIAN GULF BUSINESS INSIGHT” XƏBƏR PORTALI
Holger Friedrich
İCRAÇI DİREKTOR , “BERLINER ZEITUNG” QƏZETİ
Nigar Arpadarai
BMT-NİN İQLİM DƏYİŞİKLİYİ ÜZRƏ YÜKSƏK SƏVİYYƏLİ ÇEMPİONU, COP29
John Roberts
ENERJİ TƏHLÜKƏSİZLİYİ ÜZRƏ MÜTƏXƏSSİS, “METHINKS” ŞİRKƏTİ, ŞOTLANDİYA, BÖYÜK BRİTANİYA